Résultats (
Français) 1:
[Copie]Copié!
Ötən gün Azərbaycana gələn Jerve Martel hələ də Hafiz Məmmədovla görüşə bilməyib. "Lans"ın prezidenti ümid edir ki, sabah axşam bu gbrüş baş tutacaq. Fransa klubunun azərbaycanlı səhmdarı hazırda İspaniyadadı. O, "Land of fire Azerbaijan" forması geyindirdiyi yerli "Atletiko"nun rəhbərliyi ilə danışıqları davam etdirir.
Kral kubokunda "Real"ı 2:0 udduqları qarşılaşmanı VİP-lojadan izləyən Məmmədov Katoloniyaya da yollanıb. "Barselona" ilə qarşılaşmaya da baxmaq üçün. Tanınmış iş adamının sabah vətənə dönəcəyi gözlənilir ki, Martel öz növbəsində buna ümid edir.
Fransız qonaq yalnız hazırkı səhmdarla üzöəüz əyləşməyəcək. Sportinfo.az-ın məlumatına görə, prezident marağında olduğu 1-2 şəxslə də artıq bir araya gəlib. Yanvarın 15-də ölkəsinə qayıtmağı planlaşdıran Martelin hədəfi 14 milyon avrodu. Fransada Peşəkar Klublara Nəzarət Komissiyası "Lans"a bu ayın axırınadək vaxt verib.
Əgər həmin məbləğ hesaba köçməsə, klub debütantı olduğu Liqa 1-dən uzaqlaşdırılacaq. Bu halda "Lans" aktivindən bütün xallar silinəcək, həm ilk, həm də növbəti dövrədəki oyunlara görə rəqiblərə texniki qələbə veriləcək.
- See more at: http://sportinfo.az/news-33365#sthash.3ioNfego.dpuf
En cours de traduction, veuillez patienter...
