Résultats (
Français) 1:
[Copie]Copié!
Bu mövsüm Liqa 1-ə qayıdan "Lans" çox ağır durumdadı. 10 turdan sonra debütant turnir cədvəlinin sonuncu pilləsinə enib. Klmandanın aktivi ilə passivi bir-biri ilə uzlaşmır. Cəmi 2 qələbəsi və 2 heç-heçəsi olan "qırmızı-sarılar"ın məğlubiyyət sayı 6-dı. Fransa elitasını tərk etməyə əsas namizəd göstərilən şimallılar yalnız nəticə sarıdan çətinlik çəkmir. Həmçinin maliyyə problemləri "Lans"ı hər keçən gün bir az da möhkəm sıxır.
Fransa mətbuatı klub haqda gündəlik informasiyalar yazır. Biz də yazırıq. Fərq budu ki, yerli həmkarlarımız Hafiz Məmmədovun "Lans"dan getməli olduğunu bildlrir, bütün səbəbkari onun ayağına "vurur".iddialara inansaq, azərbaycanlı səhmdar yanvarın 30-dək möhlət istəyib. Əgər həmin tarixədək maddi təminatı düzəltməsə, səhmlər paketini ya bağışlayacaq, ya da satacaq.hərçənd heç biri real görünmür. Çünki o, DNCG-nin transfer qadağasını götürməsi üçün tələb etdiyi 4 milyon avronu artıq ödəyib. 1,5 milyonu sentyabrda, qalanını isə dünən.
"France Football"ın yazdığına görə, Jerve Martel Hafiz Məmmədovdan bank təminatı alıb. Klub prezidentinə isçtinadən xəbər verilir ki, Azərbaycan tərəfi bütün barcları bağlayacağını növbəti dəfə vəd edib. Ancaq söhbət hansı bankdan gedir - dövlət, yoxsa şəxsin özünə - bu, hələ açıq qalıb. Saytımızın Məmmədovun Fransa futbolundan geri çəkilməyə hazırlaşmadığı barədə informasiyasını paylaşan həmkarlarımız hesab edir ki, Martel onunla məsələyə aydınlıq gətirməyənədək başqa bir sponsorla tərəfdaşlığa getməyəcək.
Axı bu iki şəxsın münasibətləri çox yaxındı və hətta Antuan Kombuarenin baş məşqçi postundan getmək istəməsi də aradakı körpüləri yandırmayacaq. Təcrübəli mütəxəssisə yanvaradək 1-2 güclü futbolçu alacağını vəd edən rəhbərlik yaxın 10 gündə problemlərərin tamamilə aradan qalxacağına ümidlidi.
- See more at: http://sportinfo.az/news-25552#sthash.C1gD39eN.dpuf
En cours de traduction, veuillez patienter...
