Yeni ilin ilk rəsmi matçına Fransa kubokunda çıxan

Yeni ilin ilk rəsmi matçına Fransa

Yeni ilin ilk rəsmi matçına Fransa kubokunda çıxan "Lans"ın "Lion"la qarşılaşmada"Land of fire Azerbaijan" forması geyinməməsindən xəbərdarsız. Əyalət təmsilçisi 2013-cü ilin iyulundan - Azərbaycanla əməkdaşlığa rəsmən başlayandan bəri ilk dəfə bu brenddən imtina edib. Lanslılar üzərində "Credit Agricole" yazılmış formayla meydana çıxıb. Adıçəkilən şirkət klubun əvvəlki baş sponsorudu.

Hafiz Məmmədovun klubu himayəsinə götürməsindən və səhmlər paketinin 2/3 hissəini almasından sonra"Credit Agricole" kənara çəkilmişdi. İndi isə "Land of fire Azerbaijan" forma reklamı olaraq, "Lans"ın 9 sponsorundan sadəcə biri kimi göstərilir. O da maraqlıdı ki, klub yeni ilin günündən "Land of fire Azerbaijan" yazılı geyim dəstlərinin internet üzərindən satışını dayandırıb.

Belə bir həssas günlərdə Azərbaycan KİV-də "Lans"ın Hafiz Məmmədovun nəzarətindən çıxması xəbərləri baş alıb gedir. Yayılan məlumatlarda yanvarın 1-dən etibarən klubun auksionerində dəyişiklik baş verdiyi vurğulanır. Bu barədə "Lans"ın prezidenti Jerve Martel hələ dekabrın 17-də məlumat sızdırmışdı. O, məsələni "bu, azərbaycanlılar arasında olan problemdi" kimi xarakterizə etmişdi.

Fransa mətbuatının iddiasına istinadən bildirilir ki, dekabrın 31-nə qədər məsələ həllini tapmalıydı. Bu günə qədər Martelin susması məsələnin həll olunması anlamını verir. Fransız həmkarlarımız həm də iddia edir ki, klubun yeni sahibi də azərbaycanlıdı. Bu, Anar Məmmədovdu - nəqliyyat naziri Ziya Məmmədovun oğlu. Fransızlar onu "Qarant Holdinq"in baş icraçı direktoru, tikinti, nəqliyyat, turizm maqnatı kimi təqdim ediblər. Məlumata görə, "Lans"ın Hafiz Məmmədova məxsus olan səhmləri Anar Məmmədov və onun kompaniyası tərəfindən alınıb.

Bir daha bildirək ki, H.Məmmədov "Lans"ın səhmdarı olaraq qalmaqdadı. Əgər klub doğrudan da yeni sponsorun patronajlığı altına keçsəydi, komandanın formasının üzərində "Credit Agricole" yazılmazdı. Tanınmış iş adamının dekabrın 21-də verdiyi bəyanatdan bu hissəni xatırladaq ki, alqı-satqı əməliyyatının rəsmi qüvvəsinin olmadığını görək: “Rəsmən bəyan edirəm ki, mənimlə həmin investor arasında “Lans”ın büdcəsinə 2.5 milyon avro vəsaitin köçürülməsinə dair heç bir razılaşma mövcud deyil. Mən bu cür müqavilə imzalamamışam və klubun səhmlərinin mənim mülkiyyətimdə olan hissəsinin başqa investorun mülkiyyətinə keçməsini nəzərdə tutan heç bir qanuni razılaşma mövcud deyil”.

Məmmədovlar arasında əksər suallar gündəmdən çıxsa da, bəzi nüanslar hələ də müzakirə mövzusudu. Sportinfo.az-ın məlumatına görə, Jerve Martel Yeni il ərəfəsində Azərbaycana qeyri-rəsmi səfər edib və yaxın günlərdə bir də Bakıya gələcəyi gözlənilir. Klub prezidenti kim pul verəcəksə, onun da səhmdar olmasını istəyir. Odu ki, Martelin qeyri-müəyyənliyi davam edir.

Ümumiyyətlə, proseslər bu ahənglə getsə, biz "Lans"ın formasında hələ bir müddət, bəlkə də bir də heç vaxt "Land of fire Azerbaijan"yazısını görməyəcəyik. Martel faktiiki və real azərbaycanlı tərəfdaşların nəzərinə çatdırıb ki, öz aralarındakı məsələni yaxın 1 həftə içində həll etsinlər, əks halda, mübahisə pridmetinə məhkəmə səviyyəsində aydınlıq gətiriləcək.

- See more at: http://sportinfo.az/news-32630#sthash.PfQEsDRG.dpuf
0/5000
De: -
Vers: -
Résultats (Français) 1: [Copie]
Copié!

En cours de traduction, veuillez patienter...
 
Autres langues
l'outil d'aide à la traduction: Afrikaans, Albanais, Allemand, Amharique, Anglais, Arabe, Arménien, Azéri, Basque, Bengali, Birman, Biélorusse, Bosniaque, Bulgare, Catalan, Cebuano, Chichewa, Chinois, Chinois traditionnel, Cingalais, Corse, Coréen, Croate, Créole haïtien, Danois, Détecter la langue, Espagnol, Espéranto, Estonien, Finnois, Français, Frison, Galicien, Gallois, Gaélique (Écosse), Grec, Gujarati, Géorgien, Haoussa, Hawaïen, Hindi, Hmong, Hongrois, Hébreu, Igbo, Irlandais, Islandais, Italien, Japonais, Javanais, Kannada, Kazakh, Khmer, Kinyarwanda, Kirghiz, Klingon, Kurde, Laotien, Latin, Letton, Lituanien, Luxembourgeois, Macédonien, Malaisien, Malayalam, Malgache, Maltais, Maori, Marathi, Mongol, Norvégien, Néerlandais, Népalais, Odia (oriya), Ouzbek, Ouïgour, Pachtô, Panjabi, Persan, Philippin, Polonais, Portugais, Roumain, Russe, Samoan, Serbe, Sesotho, Shona, Sindhî, Slovaque, Slovène, Somali, Soundanais, Suédois, Swahili, Tadjik, Tamoul, Tatar, Tchèque, Telugu, Thaï, Turc, Turkmène, Ukrainien, Urdu, Vietnamien, Xhosa, Yiddish, Yorouba, Zoulou, indonésien, Traduction en langue.

Copyright ©2024 I Love Translation. All reserved.

E-mail: