Résultats (
Français) 1:
[Copie]Copié!
DNCG "Lans"ı Liqa 1-dən uzaqlaşdıracağı ilə hədələyib. Martel qorxulu görünən bu halın sonda baş verməyəcəyini, üfiqdə ağ işıqlar sezdiyini bildirib: "Hafiz Məmmədovun böyük bir holdinqi var. O, bütün maliyyə əməliyyatlarını bu holdinq üzərindən edir. Pulunu tamamilə ora qoyub. Mən isə vəziyyətdən çıxmaq üçün kompensasiya yollarını tapmalıyam. Fikirləşirsiz ki, mən onu əvəzləmək üçün kimisə axtarıram? Bilməlisiz ki, səhmdarın maliyyəsi bizə son dərəcə lazımlıdı. Əksəriyyət bunu başa düşmək istəmir. Biz bunu edə bilmərik. O, mənə, deməlidi ki, biz bunu edə bilərik".
Büdcənin hələ formalaşmaması, borc qalığının ödəməkdə yubanma Martelə təzyiqi artırıb. Prezident etiraf edir ki, təkbaşına bunların qarşısını almaq iqtidarında deyil: "Siz məni düzdün başa düşün... Mən təcili yardım almalıyam, Ancaq Hafizi də anlayıram. O, bizi pis gündən qurtaran, yaşadan şəxsdi. Hər kəsin problemləri ola bilər. Yerimdə boş oturan deyiləm. 2:5 milyon avronu görəndən sonra ikinci dövrəyə başqa cür hazırlaşacağıq. Çünki çempionatın arasında fasçilə yaranacaq. Bu, bizə pulsuz oyunçular və "güzəşt kartı" verir. Bu gün Məmmədovun bəzi problemləri mövcuddu. Məncə, onları həll edə bilər. 2.5 milyonun razılığını lazım deyil mənə. Xəbərdarlıq edib ki, narahat olmayın, mən sizi atmayacam".
Kombuareyə təşəkkür etmək lazımdı ki, bütün aparıcı futbolçularını itirməsinə və aylardı məvacib almamalarına baxmayaraq, iş yerini atmayıb. Bakıdan göndəriləcək növbəti "yardım paketi"nədək komandanın turnir cədvəlində yeri daha da pisləşə bilər ki, əsas narahatlıq da bu baxımdandı. Yaxın 1 ay komandanın gələcəyi sarıdan həlledicidi. Məğlubiyyətlərin artması və əsas rəqiblərinin onlardan uzaqlaşması "Lans"ın əziyyətini artırmağı vəd edir.
Son sıralardan qurtulmaq üçün "qırmızı-sarılar" güclü transfer bazarlığına başlamalıdı. Hələlik isə kamerunlu yarımmüdafiəçi Landri N'Guémodan savayı düşərgədə yeni ada rast gəlmirik. Martel deyir ki, Hafiz Məmmədovun gəlişi klubu iflasdan xilas etsə də, növbəti maneələri aşmaq üçün gecikmək olmaz. "İndi məni maraqlandıran gələcəkdi. Azərbaycandakı partnyorumuzu yaxşı tanıyıram. Bakıyla əlaqələrim güclüdü. Bunlardan istifadə edəcəm".
- See more at: http://sportinfo.az/news-25552#sthash.C1gD39eN.dpuf
En cours de traduction, veuillez patienter...
