Résultats (
Français) 1:
[Copie]Copié!
Lakin A.Rəhimovun bəyanatından sonra komissiya kluba, daha doğrusu, onun əsas səhmdarı H.Məmmədova bir qədər də vaxt verməyi qərara alıb. Bildirilir ki, məsələ komissiyanın növbəti toplantısında müzakirə olunacaq. “Lans”ın internet saytında yerləşdirilmiş bəyanatında klubun prezidenti Jerve Martel isə bildirib ki, o, noyabrın 26-da axşam 2015-ci il Bakı Avropa Oyunları ilə bağlı keçirilən mərasimlər zamanı Azərbaycan dövlətinin nümayəndələri ilə görüşüb.
“Onlar bizi kluba kömək etmək arzusunda olduqlarına əmin etdilər. Bu kömək DSNJ-nin növbəti toplantısına qədər gəlməlidir və ümid edirik ki, bununla da klubun iyun ayından başlamış problemi həll olunacaq. Xatırladıram ki, Məmmədov DSNJ-nin tələb etdiyi 2,5 milyon avronu ödəməlidir” - deyə Martel bildirib.
Nord Eclair.fr portalı isə yazır ki, DSNJ-nin qərarının təxirə salınmasından əvvəl “Lans” klubunun azarkeşləri situasiyanı narahatlıqla izləyirdilər. “Lans”ı dəstəkləmək üçün onun təlim-məşq bazasına toplaşan azarkeşlərdən Petr adlı biri deyib: “Məmmədov ötən il bizi xilas etdi, ona görə də onun “fırıldaqçı” olduğunu demək iyrənc olardı. Onun problemləri var, vəssalam. Jerve Martel də çox şey edib, indi onu qınamaq istəmirəm. Ancaq pullar nə vaxt gələcək? Əgər gəlməyəcəksə, kluba yeni sponsor axtarmaq vaxtı çatıbmı?”.
Portal yazır ki, bu, açıq sualdı: “Ya Azərbaycan dövləti bu mövsümdə kluba lazım olan 2,5 milyon avro üstəgəl 14 milyon avronun ödəmilməsinə görə məsuliyyət daşıyır, ya da biz gələn mövsümə qədər başqa qərar qəbul edib Məmmədovu kimin əvəzləyəcəyini müəyyən etməliyik. Ancaq bir mövsümə görə bir neçə milyon avro verməyə hazır olan başqa sponoru tapmaq asan məsələ deyil”.
- See more at: http://sportinfo.az/news-29009/?n=l#sthash.rfCKD8PB.dpuf
En cours de traduction, veuillez patienter...
