Qəbələ"nin sabiq çalışdırıcısı Fatih Kavlak Metin Diyadinlə bərabər işlədiyi "Göztəpə"yə yeni legioner aldırıb. Bu, Emanuel Robert Maahdı. Fransalı legioner PTT I Liqasına vəsiqə qazanan debütantla 1 illik müqavilə bağlayıb. Sportinfo.az-ın məlumatına görə, yarımmüdafiəçi Türkiyəyə yollanmamışdan öncə "Qəbələ"yə təklif olunub. Lakin Roman Qriqorçuk fransızın xidmətindən imtina edib. Avrokuboklarda oynamaq üçün "Qəbələ"yə daha az məbləğə gəlməyə razılıq verən Maahın səviyyəsi baş məşqçini qane etməyib. O, ötən mövsümü Liqa 2-də, "Oryen"də keçirib. - See more at: http://sportinfo.az/news-54208/?n=l#sthash.EGEQiOo7.dpuf