Lans"ın prezidenti Jerve Martel bəyan edib ki, o, kluba investisiya yatıracaq yeni şəxs tapıb. Sportinfo.az xəbər verir ki, Fransa klubunun rəhbəri bunları söyləyib:
"Bu sponsor Avropa ölkələrinin birindəndi. Fransaya çox yaxın ölkədi. Bundan artıq bir söz deyə bilmərəm. Vaxtı gəldikdə, hər şeyi açıqlayacam. Hafiz Məmmədova gəlincə, hazırda bütün sənədlər ondadı. Onunla razılığa gəlməliyik. Amma hələ bu məsələ ilə bağlı görüşümüz olmayıb".