Résultats (
Français) 1:
[Copie]Copié!
İki bank "Lans"ın borclarının ödənilməsində Hafiz Məmmədova kömək etməyə hazırdı. Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanı dünya arenasında tanıtmaq üçün bütün gücünü "Atletiko" və "Lans"a qoymuş ünlü iş adamının maliyyə durumu ötən aylara nisbətən düzəlsə də, hələ o səviyyəyə çatmayıb. Məlum məsələdi ki, onun əvvəlki Hafiz Məmmədov olması üçün müəyyən bir müddət gəlib keçməlidi. Biznes fəaliyyəti yavaş-yavaş durğunluqdan çıxan maqnatın iflas etməsi barədə yalandı.
Fransa KİV-i bu haqda çox yazır. "Lans" rəhbərliyi və azarkeşləri də narahatdı. Bilmirlər kimə inansınlar. Qarışıq bir hal izləməkdəyik. Ümumi durum hər şeyin yaxşı olacağını vəd etməsə də, hər halda yaxın gələcəyə ümidlə baxmağa var. Hafiz Məmmədov əksər idman metbu orqanlarının iddia etdiyi kimi «sıradan çıxarılmayıb». O, sadəcə, bütün vaxtını işlərini yenidən qaydasına salmağa həsr edib.
İki gündü fransız həmkarlarımız klub sahibinin DNCG-in cəngindən necə qurtaracağını fikirləşir. Müxtəlif ehtimallar irəli sürürlər. Bir qrup media vasitəsi klub prezidenti Jerve Martelin Azərbaycanın rəsmi qurumları ilə əlaqə yaradıb, vəziyyətdən çıxacağını güman eləyir. Bir qrup isə Azərbaycanın «Lans»ı himayəsində saxlamağa ötənildəkitək həvəsli olmadığını bildirərək, Martelə "Land of fire"dən imtina etməyi məsləhət görür.
- See more at: http://sportinfo.az/news-24428/?n=l#sthash.rF3Ytgv8.dpuf
En cours de traduction, veuillez patienter...
