Résultats (
Français) 1:
[Copie]Copié!
Sportinfo.az-ın gündər öncə verdiyi xəbər yenə düz çıxdı. "Lans" ötən müddətdə olduğu kimi, yenə Hafiz Məmmədova məxsusdu. Bu gün Fransa klubunun səhmlər paketinin sahibini dəyişəcəyi ilə bağlı proqnozlar özünü doğrultmadı. Azərbaycanlı iş adamı "Land of fire Azerbaijan" brendinə sədaqətini nümayiş etdirib. O, problemləri hələ tamamilə aradan qaldırmasa da, hər halda "Lans"ın büdcəsini boş qoymayıb.
H.Məmmədov "Bakı"nın 4 gənc futbolçusunun tezliklə Liqa 1 klubunun sərəncamına verilməsi barədə qərar qəbul edib. Saytımızın məlumatına görə, tanınmış maqnat "Lans"da ümumiyyətlə böyük dəyişiklər edəcəyini bildirib. O, "Azərbaycanın adını üzərində daşıyan komanda zəif çıxış etməməlidi, islahatlar aparacam" deyib.
- See more at: http://sportinfo.az/news-32224/?n=l#sthash.iIsAAkzZ.dpuf
En cours de traduction, veuillez patienter...
