Mayın 16-dan Londonda olan Hafiz Məmmədov 2 gün sonra vətənə dönəcək. Özü də yaxşı xəbərlərlə! Sportinfo.az onun futboldakı perspektivi ilə bağlı yeni məlumatlar əldə edib. Redaksiyamıza verilən informasiyaya görə, tanınmış iş adamı istər "Lans", istərsə də "Bakı"ya dair yeni planlarını müəyyənləşdirib. Hələlik "Lans"la bağlı hissəni oxucularımızla bölüşək.
Belə ki, o, Fransa klubunun səhmlər paketinin 1 %-ni də çatmayacağını Jerve Martelə bildirib: "Lans"a sponsor axtarmayın. Bu məsələni tez-tez mətbuata çıxarmayın. Məne sözümü demişəm: "Lans"a ən yüksək səviyyədə baxacam. Əgər ən çətin vaxtlarımda klubdan imtina etmədimsə, indi bu, ümumiyyətlə, müzakirə sövzusu ola bilməz".
- See more at: http://sportinfo.az/news-49418#sthash.LlEiWFk3.dpuf