Résultats (
Français) 1:
[Copie]Copié!
Bakı"nın prezidenti Hafiz Məmmədovla komandanın Premyer Liqadakı çıxışı müzakirə olunub. Sportinfo.az xəbər verir ki, bu barədə "report"a klubun icraçı direktoru Yaşar Seyidov deyib. Onun sözlərinə görə, H.Məmmədov komandanın mövsümün ikinci yarısında daha yaxşı çıxışına dair təlimatlar verib. Y.Seyidov bildirib ki, prezident qış fasiləsindən sonra meydanda daha fərqli "Bakı"nın olacağını deyib:
"Söhbət heyətə güclü futbolçuların cəlb olunmasından getmir. Biz azsaylı legionerlərlə heyətimizdə üstünlük təşkil edən yerli və gənc futbolçuların vəhdətini yüksəldəcəyik. Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısı keçirməyimiz də gündəmdədi. Bu məsələyə tezliklə aydınlıq gələcək".
İcraçı direktorun fikrincə, artıq "Bakı"nın 23 yaşadək futbolçularını mövsümün əvvvəllərindəki kimi, başqa klubların ələ keçirməsi mümkün olmayacaq. Gəncləri komandada saxlamaq fikrində olduqlarını deyən Y.Seyidov "Digər klublar futbolçularımızı istəsələr, ilk növbədə, bizimlə danışıqlar aparmalıdırlar. Sərfəli təklif olsa, klubun da mənafeyi nəzərə alınmaqla, futbolçularımızın digər komandalara keçidində heç bir problem olmayacaq" söyləyib.
- See more at: http://sportinfo.az/news-31896#sthash.upw1TniW.dpuf
En cours de traduction, veuillez patienter...
