Résultats (
Français) 1:
[Copie]Copié!
«Lans»la bağlı son durum kritik olaraq qalmaqdadı. Liqa 1-ə vəsqə qazanan komanda ilk 4 turda yaxşı çıxış edib, «Lion» və «Reyms»i udaraq azarkeşlərini ümidləndirib. Lakin bunlar oyun anlamında ürəkaçan nəticələrdi. Klubun maliyyə vəziyyəti, xüsusən 4 milyonun avroluq tələbin yerinə yetirilməsi konteksində rəsmi məlumat hələ də verilməyib. Biz ötən günlərdə xəbər vermişdik ki, Hafiz Məmmədov sahibi olduğu «Lans»ın maliyyə öhdəliklərini yerinə yetirib. Ancaq İdarəetməyə Nəzarət üzrə Milli Direktoratın elitanın debütantına transfer qadağası tətbiq etməsini hələ də açıqlamaması onu göstərir ki, klubun daxilində müəyyən proseslər gedir və bunlar bir-biriylə birbaşa əlaqədardı.
Sportinfo.az xəbər verir ki, dünən gecə saatlarında tanınmış iş adamı həm «Bakı», həm də «Lans»ın durumunu aydınlaşdırmaq üçün toplantı keçirib. Müqayisə etsək, hardasa «zolaqlılar»ın durumu bəllidi: paytaxt təmsilçisinin futbolçuları maaşlarını almağa başlayıb. Onlardan qat-qat artıq vəsaiit aparan «Lans» barədə yekun qərarın məğzindən isə düzü, bu saatadək yerli-yataqlı məlumat əldə etməmişik. Yalnız o informasiyaya malikik ki, «Land of fire Azerbaijan» brendi il ölkəmizi dünyaya tanıdan və bu baxımdan böyük işlər görən ünlü maqnat Fransa klubunu heç kimə satmayacaq.
- See more at: http://sportinfo.az/news-20783#sthash.buUMlMPl.dpuf
En cours de traduction, veuillez patienter...
