Hafiz Məmmədov son anadək gözləyir. Onun nəyəsə və haralarasa ümidi var. İnanır ki, "Lans" və "Bakı"nı maliyyələşdirməyə özündə güc tapacaq. Bütün gücünü danışıqlara verib" - bu məlumat Sportinfo.az-a tanınmış iş adamının yaxın çevrəsindən daxil olub.
Bildirilir ki, dekabrın 2-də 51 yaşını qeyd edən oliqarx əlində olan məhdud imkanlarla futbolda qalmaq istəyini reallaşdırmağa çətinlik çəkir. Odu ki, "Baghlan Group"un özünün bir sıra biznes sahələrindən çəkilməsi gündəmdədi:
"Bakı"nı yaşatmaq Hafiz Məmmədov üçün çox çətin deyil. Əsas problem "Lans"la bağlıdı. O, Fransadakı klubu üçün hədsiz narahatdı. Başladığı işi yarımçıq qoymaq istəmir, ümid edir ki, ən yüksək səviyyədə dəstək olacaq. Maliyyə gəlməsə, şirkətin özündə 4-5 adam qalacaq, hamı gedəcək".
- See more at: http://sportinfo.az/news-67448#sthash.iRDGINIk.dpuf