Résultats (
Français) 1:
[Copie]Copié!
«Lans» dövrələrarası fasilədə ən azı 11 futbolçu transfer etməlidi. Sportinfo.az-ın məlumatına görə, Antuan Kombuare klubun azərbaycanlı səhmdarından bu sayda transfer istəyib. Baş məşqçi Hafiz Məmmədova bildirib ki, siyahısında olan futbolçular alınarsa, Liqa 1-də qalacaqlar. Hazırda turnir cədvəlində 19-cu pillədə qərarlaşan debütant 18 tura 16 xal toplayıb.
Təcrübəli mütəxəssis hazırkı heyətin yetərli olmadığını, bütün mövqelərin güclənməsinin gərəkdiyini, hər xətdə rəqabət yaratmağın zəruriliyni diqqətə çatdırıb. Əgər qış «transfer pəncərəsi»ndə işlər qaydasında getməsə, klubda baş məşqçi istefası da ola bilər.
Bunun qarşısını almaq üçün 5 mtlyon avroluq dəstək azdı. Odu ki, büdcəyə daha bir neçə milyon əlavə olmalıdı. Komandanı ötən mövsüm Liqa 2-dən qaldıran Kombuare azərbaycanlı iş adamını real vəziyyətlə tanış edib. Belə ki, Fransanın aparıcı klubları «Lans»ın 5 futbolçusunu heyətinə qatmaq üçün danışıqlar aparır və onlar saxlanılmazsa, üstəlik, yeni transferlər olmazsa, mövsümün sonu ağır gələcək.
- See more at: http://sportinfo.az/news-30563#sthash.8meCRcQA.dpuf
En cours de traduction, veuillez patienter...
