Résultats (
Français) 1:
[Copie]Copié!
AFFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasından sonra federasiya prezidenti Rövnəq Abdullayevin haqqında danışdığı məsələlərdən biri də "Neftçi"ylə bağlı oldu: "Neftçi" artıq ictimai klub olacaq. Klubun idarə heyəti yaradılacaq. "Neftçi"nin necə maliyyələşməsindən xəbərsizəm. Bu klubun mənə aidiyyatı yoxdu. Bundan sonra "Neftçi" artıq öz-özünü idarə edəcək".
"Ağ-qaralar" 2002-ci ildən SOCAR-ın balansındadı. Mərhum Ramiz Mirzəyev klubun prezidenti təyin olunanda "Azərneftyağ" neft emalı zavodunun direktoru idi. 1997-ci ildən "Xəzərdənizneftqaztikinti"trestinin müdiri vəzifəsində işləyən, 31 mart 2003-cü il tarixdə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun direktoru vəzifəsinə təyin edilən Rövnəq Abdullayev 2004-ün əvvəlində "Neftçi"nin bir nömrəli şəxsi oldu. O. 3 il sonra AFFA-ya keçsə də, SOCAR – "Neftçi" əlaqələri kəsilmədi.
Rövnəq bəyin son açıqlaması nəyə söykənir? Sportinfo.az-ın noyabrın t2-də ŞOK!"NEFTÇİ" SOCAR-DAN ALINIR! Sadıq Sadıqovun başı yenə dərddə" başlıqlı xəbər (http://sportinfo.az/news-27333) yadınızdadı? Məlumata görə, eyniadlı idman-sağlamlıq mərkəzi lap yaxınlarda SOCAR-ın balansından çıxarılacaq. Hazırda şirkətdə ixtisarlar və struktur dəyişikliyi aparılır. İşçilərin sayının azaldılması ilə yanaşı, bir sıra sahələr, o cümlədən, təhsil və mədəniyyət qurumları SOCAR-dan ayrılır. "Neftçi"İSM də islahatların qucağındadı.
Öz-özünü maliyyələşdirmək sisteminə keçəcək mərkəzi rentabelli etmək Sadıqovun əlavə çətinliklər yaradacağı istisna olunmamalıdı. Biri var SOCAR-a arxayın olasan, biri də var ayın sonunu gözləysn ki, kassaya hardan nə qədər vəsait daxil olub. Bu da sual işarəlidi ki, kassaya kifayət qədər pul girəcək, ya girməyəcək. İSM-də çalışanların əməkhaqlarının azaldılması bu ilin ikinci rübündən müşahidə olunur və bu cür davam edərsə, sözsüz ki, Sadıq Sadıqov ağrıyan başını sakitləşdirmək üçün yeni nəsə fikirləşməlidi.
"NEFTÇİ"PFK-nın SOCAR rəhbərliyində təmsil olunan şəxslərdən birinin şəxsi himayəsinə keçməsi gözlənilir. Yəni ki, o, kluba öz imkanları hesabına baxacaq. Güman ki, Elşad Nəsirov irəli düşəcək. AFFA və SOCAR-da Abdullayevin vitse-prezidenti olan Nəsirovun artıq öz kadrlarını kulbda yerlbəyer etməsi bu prosesin tərkib hissəsi hesab olunur. Xatırlasaq ki, "Neftçi"də son 3 ayın maaşları ödənilməyib və bundan əvvəl də ciddi maliyyə yoxlamaları aparılıb, belə düşünmək olar ki, Nəsirov üstünlüyünü əldən verməyəcək.
- See more at: http://sportinfo.az/news-29478/?n=l#sthash.AQR39xn2.dpuf
En cours de traduction, veuillez patienter...
