Premyer Liqada qış fasiləsinin elan olunmasına 3 tur qalıb. Cari ilin əvvəliindən ciddi maliyyə sıxıntısı keçirən "Bakı"da kütləvi istefaların olub-olmayacağı gələn həftənin sonunadək bilinəcək. Sportinfo.az-ın məlumatına görə, getmək istəyən futbolçularla yanaşı, əsas və əvəzedici heyətdə çalışanlar, həmçinin akademiyanın məşqçilər istefa verməyə hazırlaşır.
Bu haqda saytımıza onların özləri xəbər verib. Təqribən 10 nəfərdən artıq klub mənsubu yeni ilin gəlməsini gözləyir. Eyni zamanda Hafiz Məmmədovla görüşü. Dediklərinə görə, yalnız prezidentlə üzbəüz görüşdən sonra qərarlarını dəyişə bilərlər, çünki "Bakı" rəhbərliyində təmsil olunanlara artıq qətiyyən inanmırlar.
- See more at: http://sportinfo.az/news-29938#sthash.LDSqxY9n.dpuf