Résultats (
Français) 1:
[Copie]Copié!
Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu Fransa birinci liqasına buraxılmayıb.
Qol.Az-ın məlumatına görə, bu barədə klubun prezidenti Jerve Martel keçirdiyi mətbuat konfransında bildirib.
Fransa Futbol Liqalarına Nəzarət Komissiyası (DNCG) "Lans"ı yüksək liqaya buraxmaq üçün müvafiq lisenziyanı verməkdən imtina edib. Buna klubun yeni mövsüm üçün büdcəsinin maliyyə kriteriyalarına uyğun gəlməməsi səbəb olub.
J.Martel bildirib ki, onlar məsələ ilə bağlı apelyasiya şikayəti verəcəklər. Klub prezidenti bildirib ki, Azərbaycan tərəfdən vəd olunan 10 milyon avro iyulun 3-9 iyul aralığında klubun hesabına köçürüləcək.
Qeyd edək ki, həmin vəsait iyunun 25-dək klubun hesabına köçürülməli imiş. Lakin bəzi səbəblərdən bu proses ləngiyib.
“Lans”ın birinci liqada oynayıb-oynamayacağı ilə bağlı yekun qərar apelyasiya şikayətinə baxıldıqdan sonra veriləcək.
En cours de traduction, veuillez patienter...
