Résultats (
Français) 1:
[Copie]Copié!
İndi isə “Lans”ın oyunçu transferi hüququ əldə etməsi üçün azı 4 milyon avro lazımdı. Bəzi məlumatlarda o da bildirilir ki, “Lans” bu mövsümün sonunda müflis olduğunu elan edəcək.
Sportinfo.az-ın yeni xəbəri bu deyilənlərin əksinədi. Redaksiyamızdakı son informasiyaya görə, dünən axşam "Bakı"nın futbolçularının və akademiya işçilərinə borcun qalan hissəsi ödənməliydi. Əlavə bilgi üçün deyək ki, iş adamı bu ayın əvvəlindən 7 aydı yığılan qalan borcları qaytarmağa başlayıb. Əsas komandanın üzvləri yanvar və fevral aylarının maaşını tam, martın isə 50 faizini alıb. Qalan bölümün hissə-hissə verilməsi planlaşdırılmışdı.
Artıq sentyabrın ortasınalək problemə birdəfəlik son qoyulması nəzərdə tutulmuşdu. Satımızın aldığı məlumata görə, Hafiz bəy ilk növbədə "Lans"la bağlı məsələni qapatmaq qərarına gəlib. Odu ki, "Bakı"nın ödəmələrini gələn həftəyə təxirə salıb. Böyük ehtimalla, deyə bilərik ki, "qırmızı-sarılar" heç bir sanksiyaya məruz qalmayacaq. Məmmədovun aradakı soyuqluğu aradlan qaldırmaq üçün Martellə tezliklə bir araya gəlməsi də istisna deyil. Həmçinin Kombaure ilə. Çünki "Lans" transfer bazarlığına əsasən yeni ilin ilk ayından start verəcək.
- See more at: http://sportinfo.az/news-20446#sthash.nulHkW6X.dpuf
En cours de traduction, veuillez patienter...
