Résultats (
Français) 1:
[Copie]Copié!
Fransa KİV-i Hafiz Məmmədovu bir gün də nəzarətsiz buraxmır. Gündəlik olaraq «Lans»ın səhmdarı barədə müxtəlif informasiyalar yayırlar. Düzdü, əksər məlumatlar həqiqəti əks etdirməsə də, biz həmkarlarımızı qınamırıq. Çünki doğru bidlgi etmək imkanları məhduddu. Azərbaycanlı iş adamı ilə əlaqə saxlaya bilmir, klubla bağlı yaranmış situasiyanı birinci şəxsin özündən soruşmaq imkanları yoxdu.
Jerve Martel isə onlarının əlinin çatdığı yeganə tribunadı. «Lans»ın prezidenti bildirib ki, H.Məmmədov 14 milyon avro borcu martın əvvəlinədək ödəyib qurtaracaq. «Le Parisien» isə iddia edir ki, neft və nəqliyyat maqnatının «Bank of Azerbaijan»da 900 milyon avro pulu var, sadəcə, bank tamamilə fəaliyyət göstərmədiyindən və burdan vəsait çıxarmata blok qoyulduğundan, «Lans»ın borcunu ödəmək iqtidarında deyil. Fransız nəşrinin yaxdığına görə, Azərbaycan tərəfindən Milli Bank 4 milyonu klubun hesabına köçürəcək.
Sportinfo.az-ın məlumatına görə, H.Məmmədovun vəziyyəti tam düzəlməsə də, hər halda o, 2-3 ay öncəki kimi dalana dirənməyib. «Bakı»nı və Biləcəridə yerləşən bazaları satmayan, «Atletiko» ilə görüşmələri davam etdirən, «Lans»ı yanvarın 1-də təhvil verməyən iş adamı, demək ki, proseslərin onun lehinə dəyişməsindən əmindi. Fevraldan gözləntilər isə ümumiyyətlə çoxdu. Gələn ay biznes sektorunda bəzi yeniliklər olmalıdı ki, Məmmədovu son vaxtlar hərəkətə gətirən və fəallaşdıran budu. Biz bu gün deyə bilmərik ki, fevralda nə baş verəcək, amma nəsə və nələrsə olacaq.
- See more at: http://sportinfo.az/news-34051#sthash.IjZ0LI7f.dpuf
En cours de traduction, veuillez patienter...
