Résultats (
Français) 1:
[Copie]Copié!
Jerve Martel yenidən «Lans»ın prezidenti vəzifəsindən uzaqlaşdırıla bilər. Hafiz Məmmədov onu ötən ilin yayında uzun müddət rəhbəri olduğu kluba qaytarmışdı. Fransız funksioner bu müddətdə özünü doğrultmaq üçün çox şey etmədi.
Liqa 1-ə vəsiqə qazanan klubun büdcəsində ciddi əskiklər aşkarlandı. Son aylardakı qalmaqallar da «qırmızı-sarılar»ın mövqeyini təhdid etdi. Sportinfo.az-ın məlumatına görə, azərbaycanlı səhmdar Martelin vəzifəsindən kənarlaşdırılmasının əleyhinə deyil.
O. avqustda da prezidenti dəyişməyə hazırlaşırdı. Müəyyən səbəblərdən qərarını təxirə saldı. İndi isə buna lüzum yaranıb. Çünki Martel Fransa mediasına verdiyi son açıqlamalarda yersiz sözlər işlədib və postuna yaraşmayn çıxışlar edib. Yanvarda bu məsələyə baxılması istisna olunmur.
- See more at: http://sportinfo.az/news-31452/?n=l#sthash.LfmeFAPF.dpuf
En cours de traduction, veuillez patienter...
