Məni bitirmək istəyirdilər. Bəzi adamlar çox çalışdı ki. biznesdən tamamilə yox olum. 17 ay zülm çəkdim" - Sportinfo.az-ın məlumatına görə, bu sözləri "Bakı"nın prezidenti Hafiz Məmmədov deyib. Tanınmış maqnat iş dünyasındakı yeniliklərdən danışaraq, artıq rahat nəfəs aldığını bildirib. Sitat: "Üzləşdiyim hadisələri artıq bütün Azərbaycan bilir. İndi qoy hamı bilsin ki, çətin günlər arxada qaldı.
Mən boş yerə söz danışan adam deyiləm. Dediyim hər sözün arxasındayam. Məni xeyirə-şərə yarayan adam kimi tanıyırlar. Vicdanım yol verməz ki, mənə sədaqətli çıxan insanları indi bir kənara qoyum. Birinci divizionda oynamağımız yaxşı oldu. Futbolçularımızın 17-18 yaşları heç yoxdu. Amma baxıram ki, kişi kimi futbol oynayırlar.
Qalanları burdan buraxmayacam. İşlər elə gedir ki… İki gün içində maaşları verəcəm. Gələn həftə stadionda təmir başlayacaq. Bazada hər yeri gəzdim və əyər-əskiyi gördüm. Onlar qısa müddətdə düzələn işlərdi. "Bakı" gələn il Premyer Liqadadı. Komandadan oynamaq, hərtərəfli dəstək məndən".
- See more at: http://sportinfo.az/news-59642#sthash.lpkZ86aP.dpuf