Résultats (
Français) 1:
[Copie]Copié!
Qərarlardan biri də Məşqçilər Komitəsinin fəaliyyətə başlaması ilə bağlı idi. Bu bir qədər gecikmiş qərar deyilmi?
- Bu qərarı daha vacib sayıram. Komandanın ürəyi kimdir? Məşqçilər. Bu komitənin Azərbaycan futboluna böyük fayda verəcəyini düşünürəm. Onlar daim klubların həm əsas, həm də gənclərdən ibarət komandalarının oyunlarını izləyəcəklər. Nəticədə gənc və perspektivli oyunçular diqqətdə saxlanılacaq. Bundan isə futbolumuz qazanacaq.
- Gənclərdən söz düşmüşkən, “Bakı”nın heyətinin gənclərdən qurulması bu baxımdan bəhrəsini verəcəkmi?
- Əsas odu ki, uşaqlarımız yaxşı futbol oynayır, əzmkarlıq göstərir, mübarizə aparırlar. Səbr özü bir ağacdı. İnsan ona qulluq edir, böyüdür, barını dərib yeyəndə isə şirin gəlir. Yəni həmin anı gözləmək lazımdı. “Bakı”da da vəziyyət belədi. Hazırkı uşaqlar çox dözümlü, səbrli, etibarlıdırlar. Həm də illərdir arzulayırdım ki, komandamda yerli gənclər çoxluq təşkil etsin. Bu məcburi xarakter daşısa da, reallaşdı. Bir neçə ildən sonra Azərbaycan yığmasında həmin gənclər çoxluq təşkil edəcək. Millimiz onların əsasında formalaşacaq. Buna inanıram. Digər klublarımızda da gənclər var və onlar da perspektivlidirlər.
- Qış fasiləsi yaxınlaşır. Heyətdə dəyişiklik gözlənilirmi?
- Komandanın özəyini yenə gənclər təşkil edəcək. Əlbəttə, onların yanına bir neçə təcrübəli legioner cəlb olunacaq. İddiamız var və davam edir. Sadəcə, son vaxtlarda müəyyən problemlər yaşandı. Maaşlar gecikdirildi ki, bunun da xüsusi səbəbləri var. Amma klubun baş sponsoru olan “BaCHLAN GROUP”un biznes nöqteyi-nəzərdən heç vaxt problemi olmayıb. Sadəcə, bəzi alacaqlarımız var, onlar vaxtında qaytarılmır. Aralarında təşkilatlar da, iş adamları da var. Bir məsələni unutmaq lazım deyil ki, bu cür addımlar təkcə “Bakı”ya deyil, “Lans” və Madrid “Atletiko”su ilə əlaqələrə də təsir edə bilər. Yenə deyirəm, yaranmış vəziyyət biznes işlərimizlə bağlı deyil. Gözləntilərimiz vaxtında ödənilmir. Artıq yeni mərhələyə başlamışıq. Gənclərlə “Bakı”nı irəliyə aparacağıq. Hansı ki, həmin gənclər gələcəkdə yığmamızın özəyi olacaqlar. Onlara “çox sağ olun” deyirəm və bilsinlər ki, Azərbaycanın ən iddialı klubunun üzvüdürlər. Bununla da hər zaman fəxr edəcəklər (apasport.az).
- See more at: http://sportinfo.az/news-29432/?n=l#sthash.fa7hzEdb.dpuf
En cours de traduction, veuillez patienter...
