Lans"ın gələcək taleyi bugünlərdə həll olunur. Sportinfo.az-a bu barədə Hafiz Məmmədova yaxın çevrədən yeni informasiya daxil olub. Saytımıza verilən məlumata görə, azərbaycanlı səhmdar Londonda bir neçə gün qaldıqdan sonra Fransaya yollanıb. Onun Parisdə "Lans"ın prezidenti Jerve Martellə görüşdüyü bildirilir.
İndi əsas sual Liqa 1-i tərk edən klubun necə yaşadılmasıdı. Hələlik adı açıqlanmayan rusiyalı maqnatın səhmlər paketini almaq üçün 120 milyon avro ödəməyə hazır olması söylənilir. H.Məmmədov daha bir müddət gözləməyi məsləhət görsə də, aldığımız məlumata görə, Martel inadkarlıq edir. Fransalı funksioner son görüşlərdə bu məsələni dəfələrlə qaldırıb və bildirib ki, o, "Land of fire Azerbaijan" brendindən imtina etməyə artıq məcburdu.
- See more at: http://sportinfo.az/news-48441#sthash.8dNBTFXc.dpuf