Résultats (
Français) 1:
[Copie]Copié!
Fransa KİV-i Jerve Martelin artıq Azərbaycanda olduğunu yazıb. «Lans»ın prezidenti Bakıya səfər öncəsi Hafiz Məmmədova jest edib. O. komandanı «Genqam»la Liqa 1-in son matçına «Land of fire Azerbaijan» forması ilə çıxarıb. «Lion»la kubok matçından fərqli olaraq.
Martel ölkəmizdən 14 milyon avro ilə qayıtmalıdı. Pulu kimdən alacaq? Sual həl açıq qalıb. Hər haldaf ransız həmkarlarımız ya hazırkı səhmdarın, ya da Anar Məmmədovun bu vəsaiti ödəyəcəyini bildirir. Əgər DNCG-nin büdcə tələbi yerinə yetirilməzsə, «Lans» Azərbaycanla əlaqələrini dayandıracaq.
Sportinfo.az-ın məlumatına görə, H.Məmmədov banklardan götürəcəyi kreditlə problemin həllinə çalışır. Bunun üçün o, artıq bəzi tədbirlər görüb. Ümumi vəziyyətdən çıxması isə yalnız özündən asılı deyil. İnformasiyaya görə, Premyer Liqa klublarından 3-nün sahibi şəxsən ona borcludu. Verdiyi borcun təxmini məbləği 500 milyon avrodan çoxdu.
Son bəyanatında «Azərbaycan-Fransa münasibətlərinin indiki səviyyəsini, həmçinin “Lans”ın tarixi əhəmiyyətini nəzərə alaraq, biz ilk növbədə bu klubun maliyyə problemlərini həll etməyə çalışırıq, təəssüf ki, ayrı-ayrı adamlar bizim üzləşdiyimiz çətinliklərdən öz şəxsi maraqları üçün istifadə etməyə çalışır və mən hər iki ölkə ictimaiyyətini əmin etmək istəyirəm ki, onlar buna görə öz cəzalarını alacaqlar” ifadələri birbaşa onlara aiddi. Borclular aldıqlarını geri qaytarmamaq üçün müxtəlif bəhanələr gətirir və yayınırlar. Tanınmış iş adamının bununla əlaqədar müxtəlif instansiyalara şikayət etdiyi bildirilir.
- See more at: http://sportinfo.az/news-33310#sthash.4cbRj4if.dpuf
En cours de traduction, veuillez patienter...
