Mançester Yunayted”in marketinq direktoru Conatan Riqbi Bakıda açdıqları futbol məktəbi barədə fikirlərini açıqlayıb. Riqbi Azərbaycanın AÇ-2020-nin 4 oyununa ev sahibliyi edəcəyinə dair də fikirlərini açıqlayıb: Sportinfo.az xəbər verir ki, ingiltərəli klub rəsmisi bunları söyləyib: “Bakıda belə bir məktəbin açılmasına çox şadam. Mikael Silvestr də sağ olsun ki, bizimlə birgə bura gəlib. MY-nin burada futbol məktəbi açması yerli futbolun inkişafı üçün müsbət bir məqamdı. Bu regionda öz bazamız olacaq ki, uşaqların inkişafına böyük fayda verəcək. - See more at: http://sportinfo.az/news-22801#sthash.O8J5XQGi.dpuf