Résultats (
Français) 1:
[Copie]Copié!
Fransa mətbuatı bitr neçə gündü ki, Anar Məmmədovun "Lans"ı himayəsinə götürməyə hazır olması barədə xəbərlər yayır. Ölkənin aparıcı media orqanları "Qarant Holdjinq"in sahibinin klubun səhmlər paketini Hafiz Məmmədovdan alacağını iddia edir. Gənc iş adamının şimal əyalətinin Liqa 1-dəki təmsilçisinə 2,5 milyon avro ödəməsindən sonra bu informasiyalar geniş yayılıb. Artıq yerli KİV-də A.Məmmədov haqqında bilgilər incələnir və tirajlanır.
Klubun prezidenti Jerve Martelin son mətbuat konfransında söylədikləri H.Məmmədovun "Lans"dan geri çəkiləcəyinə dair xəbərlərin doğruluğuna şübhə ilə yanaşanların sayını azaldıb. Martelin dediyinə görə, onun bu ayın axırınadək vaxtı var. 14 milyon avronu ödəməsə, yeni investorla müqavilə bağlayacaqlar. Yanvarın 1-də başqa sponsorla – şirkətlər qrupu ilə sövdələşəcəklər, Hansı ki, 25 milyon avro sərmayə qoymağa hazırdı.
Həmkarlarımız A.Məmmədovun yanvarda 14 milyon, mövsümün sonunadək isə 25 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb. Dünən isə biz yazmışdıq ki, 2,5 milyon avronu Anar Məmmədovun ödəməsi həqiqətdi. Lakin H.Məmmədovun səhmlər paketini keçmiş biznes tərəfdaşına verməsi hələ təsdiqlənmir. Srağagün Dubaydan Azərbaycana qayıdan iş adamının yaxın bir həftə içində yekun qərarı verəcəyi ehtimal olunur. Nazir oğlunun 14 milyonu ödəsə də, klubun Hafiz Məmmədovda qalması mümkündü.
Bugünə olan informasiyalar bəzi suallara üstüörtülü də olsa, işıq salır. Sportinfo.az-ın qeyri-rəsmi bilgisinə görə, əslində Martelin vurğuladığı 14 milyon avro artıq Azərbaycan tərəfindən köçürülüb. O, sadəcə, problemin hələ də mövcudiyyətini qorumasını qəsdən söyləyir. Peşəkar Futbol Klublarına Nəzarət üzrə Komissiyanın (DNCG) yanvarda onlardan daha artıq vəsait tələb etməməsi üçün. Land of fire Azerbaijan" brendinin 1 ay sonrakı perspektivi barədə bir yeni xəbər də var ki, onu az sonra oxucularımızla bölüşəcəyik.
- See more at: http://sportinfo.az/news-31044#sthash.m0Ugl7Gu.dpuf
En cours de traduction, veuillez patienter...
