Résultats (
Français) 1:
[Copie]Copié!
Jerve Martel 4 gün öncə yenidən Azərbaycana gəlib və dünən səfərini başa vurub. Son 1 ayda ikinci dəfə ölkəmizə təşrif buyuran "Lans"ın prezidentinin məqsədi hamıya aydındı - Fransada Peşəkar Klublara nəzarət Komissiyasının (DNCG) qoyduğu qadağanı aradan qaldırmaq üçün lazım olan 2,5 milyonu əldə etmək. DNCG mövsümün əvvəlində 4 milyon tələb edirdi ki, onun 1,5 milyonu sentyabrda klubun hesabına oturmuşdu.
Martel iki həftə öncə Bakıya gələndə Hafiz Məmmədovu görə bilməmişdi. "Lans"ın sahibi həmin vaxt ABŞ-da idi: ayağındakı ağrılardan əziyyət çəkdiyi üçün müailcə kursu keçirdi. Sportinfo.az-ın məlumatına görə, prezident budəfəki səfərində onunla görüşüb. Məmmədov qonağına görə dünən "Bakı" – "Qarabağ" matçını izləyə bilməyib. Qarşılaşmaya özünü yetirəcəyi gözlənilsə də, ikinci hissənin gedişində xəbər gəlib ki, xüsusi VİP-lojanın işıqları boş yerə yandırılmasın, söndürülsün.
- See more at: http://sportinfo.az/news-28314#sthash.UOBk9MjH.dpuf
En cours de traduction, veuillez patienter...
